AzTV-də Xocalı soyqırımı ilə bağlı üç film nümayiş olunacaq - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

AzTV-də Xocalı soyqırımı ilə bağlı üç film nümayiş olunacaq - VİDEO

S.Xankişiyeva13:48 - 25 / 02 / 2022
AzTV-də Xocalı soyqırımı ilə bağlı üç film nümayiş olunacaq - VİDEO

Azərbaycan Televiziyası Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə 3 bədii-sənədli film hazırlayıb.

1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, filmlərdən biri Milli Qəhrəman Allahverdi Bağırova həsr olunub. Digər filmdə dünyaşöhrətli fotomüxbir Rza Diqqətinin Xocalı soyqırımından sonra şahidi olduqlarından bəhs edilir. Daha bir film isə Xocalı sakininin yaşadığı faciələr əks olunur.

A.Bağırova həsr olunmuş film “Allahverdi” adlanır. Bədii-sənədli filmdə onun Birinci Qarabağ müharibəsi zamanı keçdiyi şücaətli döyüş yolu əks olunur.

Milli Qəhrəman 1992-ci ildə Xocalı faciəsindən sonra əsir düşmüş 1500-ə yaxın azərbaycanlının xilas edilməsinə və geri qaytarılmasına nail olub.

Filmdə Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları, əsirlikdən xilas etdiyi qadın həmin günləri xatırlayıblar, onunla bağlı xatirələrini dilə gətiriblər.

Filmin ssenari müəllifi və rejissoru Elvin Mirzəyev, operatoru Elşən Bədəlov, prodüseri Fatimə Əzimova, layihə rəhbəri isə Elçin Musağoludur.

AzTV-nin Rza Diqqətinin şahidi olduqlarından bəhs edən filmi isə “Danışan fotolar” adlanır.

R.Diqqəti Xocalıda soyqırımı xəbərini alan kimi Azərbaycana gəlib, çətinliklə Ağdama yol tapıb və burada Xocalı sakinləri ilə görüşüb. O, əsirlərin, meyitlərin dəyişdirilməsi prosesində iştirak edib, gördüklərini lentin yaddaşına köçürüb. Fotomüxbir filmdə şahidi olduğu hadisələri dilə gətirib.

Sənədli filmdə Xocalı faciəsinin ağrı-acısını yaşamış Nazilə Məmişova, Famil Salahov, Valeh Hüseynov və digərlərinin müsahibələri yer alıb.

“Danışan fotolar”ın quruluşçu rejissoru Elnur Məmmədov, ssenari müəllifi Afaq Əhmədova, quruluşçu operatoru Cavid Əliyev, montaj rejissoru Zurab Salmanoğludur.

Növbəti film isə “Zirzəmi” adlanır və ermənilərin Xocalıya hücumu zamanı zirzəmidə gizlənmiş bir qadının – Mehriban Bəkirovanın faciə dolu həyat hekayəsini əks etdirir.

M.Bəkirova başına gələn müsibətləri filmdə özü danışır, hiss və həyəcanını dilə gətirir.

Belə ki, soyqırımı günü o, digər Xocalı sakinləri, əsasən, qadın, uşaq və qocalarla birgə zirzəmidə erməni hücumundan gizlənib. Üç övladı olan Mehriban həmin zirzəmidə 4-cü uşağını da dünyaya gətirib. Elə həmin vaxt da zirzəmidəkilər ermənilər tərəfindən əsir götürülüblər. Qucağında iki körpəsi olan Mehriban əsir aparılarkən körpənin birini itirib. Körpəni rus jurnalist tapıb, gətirib anasına verib, həmçinin əsirlikdən azad olunmasına nail olub.

Filmin ssenari müəllifi Leyla Qədirzadə, quruluşçu rejissoru Zaur Zeynal, quruluşçu operatoru Aqşin Rzayev, prodüseri Məmmədhüseyn Mehdizadə, layihə rəhbəri isə Həmid Əsədzadədir.

Hər üç film fevralın 26-sı AzTV-də və “Park bulvar”da yerləşən “Park cinema” kinoteatrında da nümayiş olunacaq.

“Allahverdi” filmi “Park cinema”da saat 15:50-də, 17:50-də və 19:50-də göstəriləcək.

“Danışan fotolar” filmi isə saat 15:10-da, 17:10-da və 19:10-da nümayiş olunacaq.

“Zirzəmi” filminə baxmaq istəyənlər saat 14:30-da, 16:30-da və 18:30-da “Park cinema”ya yaxınlaşa bilərlər.

Filmləri izləmək ödənişsizdir.

Hər kəsi filmləri izləməyə dəvət edirik.

Xocalıya ədalət!

“Allahverdi” filminin anonsu: https://www.youtube.com/watch?v=01pOUaUjy6M

“Danışan fotolar” filminin anonsu: https://www.youtube.com/watch?v=AGC8JG1AOaY

“Zirzəmi” filminin anonsu: https://www.youtube.com/watch?v=7Cz1Yfd3fJ8


Mövzu ilə əlaqədar oxuyun:

“Xocalıya ədalət” kampaniyası hər kəsi petisiyanı imzalamağa çağırır

ABŞ-ın üç şəhərində 26 fevral “Xocalının Anım Günü” elan edilib – FOTO

Xocalı soyqırımı şahidinin xatirələri: “Körpə qarın üzərində, anasının əlindən tutmuş vəziyyətdə donmuşdu...” – VİDEO

“Sevinj Stories”: Xocalı soyqırımında həlak olmuş qızın Instagram hesabı – FOTO – VİDEO

Paylaş:
826

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər