UEFA Çempionlar Liqasının finalı oyununu Rusiyadan alıb
Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməsi ilə əlaqədar UEFA Çempionlar Liqasının final matçının Sankt-Peterburqda keçirilməsi qərarını ləğv edib.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, matç Fransanın paytaxtı Parisdə "Park de Prens" stadionunda keçiriləcək.
Qərar UEFA-nın İcraiyyə Komitəsinin növbədənkənar iclasında qəbul edilib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının finalı mayın 28-də keçiriləcək.
Mövzu ilə əlaqədar oxuyun:
1010