Fəxri konsul: Azərbaycan konsulluğu Ukraynadakı həmvətənlərimizə müxtəlif köməklik göstərir | 1news.az | Xəbərlər
Siyasət

Fəxri konsul: Azərbaycan konsulluğu Ukraynadakı həmvətənlərimizə müxtəlif köməklik göstərir

S.Xankişiyeva14:53 - 25 / 02 / 2022
Fəxri konsul: Azərbaycan konsulluğu Ukraynadakı həmvətənlərimizə müxtəlif köməklik göstərir

Ötən gündən başlayaraq Ukrayna ərazilərində hərbi-siyasi vəziyyət gərginləşib. Ölkənin bir çox istiqamətlərində hərbi əməliyyatlar gedir.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanovun açıqlamasında deyilir:

“Ukraynanın Xarkov şəhəri ölkənin ikinci şəhəri olması ilə döyüşlərin getdiyi əsas ərazilərə yaxındır. Buna baxmayaraq, Azərbaycan konsulluğu ştat rejimində fəaliyyətini davam etdirir və həmvətənlərimizə imkanları daxilində müxtəlif köməklikləri göstərməkdədir.

Hal-hazırda konsulluq əməkdaşları müxtəlif kanallarla konsulluğun xidməti dairəsində yaşayan həmvətənlərin sayının dəqiqləşdirməsi prosessi ilə məşğuldur. Operativ qaydada konsulluq Kiyev şəhərində fəaliyyət göstərən Azərbaycan Respublikasının Səfirliyi və Xarici İşlər Nazirliyi ilə mütəmadi məsləhətləşmələr həyata keçirir.

Bir daha qeyd etmək istərdim ki, xüsusi hallar ilə bağlı vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər. Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat tərəfimizdən bildiriləcək”.

Mövzu ilə əlaqədar oxuyun:

Xarkovdakı konsulluq Ukraynadan Azərbaycana qayıtmaq üçün qeydiyyata başlayır

Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib

Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb

Ali Rada Ukraynada hərbi vəziyyətin tətbiqini dəstəkləyib

Ukraynada fövqəladə vəziyyət rejimi tətbiq edilib

Zelenski xalqa səsləndi: “Biz hamıya qalib gələcəyik, çünki biz Ukraynayıq”

Buta Airways Bakı-Kiyev-Bakı marşrutu üzrə reysini ləğv edib

Paylaş:
901

Son xəbərlər

Bütün xəbərlər