Rusiya tanklarının Kiyevə keçidini dayandırmaq üçün üç körpü partladılıb | 1news.az | Xəbərlər
Dünya

Rusiya tanklarının Kiyevə keçidini dayandırmaq üçün üç körpü partladılıb

S.Xankişiyeva16:32 - 25 / 02 / 2022
Rusiya tanklarının Kiyevə keçidini dayandırmaq üçün üç körpü partladılıb

Rusiya Silahlı Qüvvələrinin tanklarının Ukraynanın paytaxtı Kiyevə keçidini dayandırmaq üçün üç körpü partladılıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, partladılan körpülər Kiyevin cənub-şərq girişində yerləşir.

Belə ki, Ukrayna hərbçiləri Varşavskaya şossesi boyunca Hostomeldəki körpünü, həmçinin Novoirpenskaya şosesindəki körpünü və Demidovda İrpen çayı üzərindəki körpünü partladıblar.

Məlumata görə, Ukrayna tərəfi Kiyev yaxınlığındakı aerodromlara 7 təyyarə desant endirildiyi və onların tanklarla paytaxta tərəf irəliləyəcəyi barədə məlumat alıblar.

Bu səbəbdən də tankları irəliləməsinin qarşısının alınması üçün əsas körpülər partladılıb.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib

Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb

Ali Rada Ukraynada hərbi vəziyyətin tətbiqini dəstəkləyib

Ukraynada fövqəladə vəziyyət rejimi tətbiq edilib

Zelenski xalqa səsləndi: “Biz hamıya qalib gələcəyik, çünki biz Ukraynayıq”

Buta Airways Bakı-Kiyev-Bakı marşrutu üzrə reysini ləğv edib

Paylaş:
1063

Son xəbərlər

Bütün xəbərlər