Rusiya Ordusu Ukraynanın 821 hərbi obyektinə zərbə endirib | 1news.az | Xəbərlər
Dünya

Rusiya Ordusu Ukraynanın 821 hərbi obyektinə zərbə endirib

S.Xankişiyeva11:17 - 26 / 02 / 2022
Rusiya Ordusu Ukraynanın 821 hərbi obyektinə zərbə endirib

Rusiya Silahlı Qüvvələri Ukraynanın 821 hərbi obyektinə zərbə endirib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Ümumilikdə, Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturunun 821 obyektini vurub. Bunlardan 14-ü hərbi aerodrom, 19-u komanda-idarəetmə mərkəzi və rabitə mərkəzi, 24-ü S-300 və "Osa" zenit-raket kompleksləri, 48-i radiolokasiya stansiyalarıdır”, - Rusiya MN-in rəsmi nümayəndəsi vurğulayıb.

Konaşenkov qeyd edib ki, Ukraynanın hərbi infrastrukturuna havadan və dənizdən qanadlı raketlərdən istifadə etməklə yüksək dəqiqliyə malik silahlarla zərbələr endirib: “Gecə saatlarında Rusiya Federasiyasının Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturuna hava və dəniz bazalı qanadlı raketlərdən istifadə etməklə uzaqmənzilli dəqiqliyə malik silahlarla zərbə endirib”.

Mövzu ilə əlaqədar oxuyun:

Xarkovdakı konsulluq Ukraynadan Azərbaycana qayıtmaq üçün qeydiyyata başlayır

Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib

Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb

Ali Rada Ukraynada hərbi vəziyyətin tətbiqini dəstəkləyib

Ukraynada fövqəladə vəziyyət rejimi tətbiq edilib

Zelenski xalqa səsləndi: “Biz hamıya qalib gələcəyik, çünki biz Ukraynayıq”

Buta Airways Bakı-Kiyev-Bakı marşrutu üzrə reysini ləğv edib

Paylaş:
830

Son xəbərlər

Bütün xəbərlər