“Exo Moskvı” radiostansiyası ləğv olunub | 1news.az | Xəbərlər
Dünya

“Exo Moskvı” radiostansiyası ləğv olunub

S.Xankişiyeva11:46 - 03 / 03 / 2022
“Exo Moskvı” radiostansiyası ləğv olunub

Rusiyanın məşhur “Exo Moskvı” radiostansiyasının ləğv olunması haqqında qərar qəbul olunub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə radionun baş direktoru Aleksey Venediktov öz “Telegram” kanalında yazıb.

“Direktorlar şurasının səs çoxluğu ilə “Exo Moskvı” radiokanalının və saytının ləğvi barədə qərar qəbul olunub”, - Venediktov bildirib.

O, bu barədə radionun daxil olduğu “Qazprom”un İdarə Heyətinin Direktorlar Şurası tərəfindən qərar qəbul olunduğunu açıqlayıb.

Qeyd edək ki, “Exo Moskvı” radiostansiyasının yayımı dünən dayandırılıb.

Bundan bir qədər əvvəl Baş Prokurorluq “Exo Moskvı” və “Dojd” telekanalının saytlarının bağlanacağı və bloklanacağı ilə bağlı xəbərdarlıq etmişdi.

Baş Prokurorluq hər iki media orqanının Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə bağlı yalan məlumat yaydığını açıqlamışdı.

Mövzu ilə əlaqədar oxuyun:

Əliyevin köməyi və Zelenskinin minnətdarlığı. “Bakıya qarşı sanksiyalar” tələb edən britaniyalı deputat üçün maarifləndirici TƏHLİL

Zelenski: Bir həftədə Rusiya ordusunun 9 min hərbçisi öldürülüb

Azərbaycan və Ukrayna Prezidentləri telefonla danışıb - FOTO

Çavuşoğlu: Ukraynadan azərbaycanlıların da daxil olduğu 2604 qardaşımız yola düşüb - FOTO

Ukraynada müharibənin yeddinci günü - FOTOREPORTAJ

Zelenski: Ordu ilə birlikdə Ukraynanı müdafiə edəcəyik - VİDEO

Paylaş:
1169

Son xəbərlər

Bütün xəbərlər