Hulusi Akar Ukraynadakı durumdan danışıb | 1news.az | Xəbərlər
Dünya

Hulusi Akar Ukraynadakı durumdan danışıb

S.Xankişiyeva12:38 - 05 / 03 / 2022
Hulusi Akar Ukraynadakı durumdan danışıb

“Həm Rusiyanın müdafiə naziri Sergey Şoyqu, həm də ukraynalı həmkarım Oleksiy Reznikovla təmaslarımız davam edir. Bu təmaslar gələcəkdə də olacaq”.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Təmaslarımız zamanı diplomatiya yolunun tutulması, böhrana son qoyulması barədə fikir mübadiləsi aparırıq. Müsbət irəliləyişin olmasını arzu edirik”, - o bildirib.

Nazir, həmçinin Ukraynadakı Türkiyə vətəndaşlarının təxliyəsindən danışıb: “Bəzi vətəndaşlarımız təxliyə olunub. Təxliyələri davam edən və hələ təxliyə ola bilməyən vətəndaşlarımızın təhlükəsizliyi barədə rusiyalı və ukraynalı həmkarıma tələblərimizi bildirmişik. Qarşıdakı günlərdə bu sahədə bəzi irəliləyişlərin olacağını gözləyirik.

Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və xarici işlər nazirimiz Mövlud Çavuşoğlu da həmkarları ilə təmaslarında bu məsələlər barədə fikir mübadiləsi aparırlar. Ən yaxın vaxtda vəziyyətin normallaşmasını, atəşkəs elan edilməsini arzulayırıq. Eyni zamanda, vətəndaşlarımızın təxliyəsi üçün əlimizdən gələni edirik. Ukraynada humanitar böhranı azaltmaqdan ötrü bütün səylərimizi ortaya qoyuruq. Digər ölkələr kimi, biz də Ukraynaya humanitar yardımlarımızın çatdırılmasına çalışırıq”.

Mövzu ilə əlaqədar oxuyun:

Zelenski Avropaya səslənib: Bu gün hamınız ukraynalısınız! – VİDEO

Zelenski Ukraynaya gələn 16 min könüllünü qarşılayıb – VİDEO

Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəs elan olundu

Rasim Musabəyov: Ukraynanı dərhal Avropa İttifaqına qəbul edin! - VİDEO

Əliyevin köməyi və Zelenskinin minnətdarlığı. “Bakıya qarşı sanksiyalar” tələb edən britaniyalı deputat üçün maarifləndirici TƏHLİL

Zelenski: Bir həftədə Rusiya ordusunun 9 min hərbçisi öldürülüb

Zelenski: Ordu ilə birlikdə Ukraynanı müdafiə edəcəyik - VİDEO

Paylaş:
866

Son xəbərlər

Bütün xəbərlər