Zelenski Avropaya səslənib: Bu gün hamınız ukraynalısınız! – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Zelenski Avropaya səslənib: Bu gün hamınız ukraynalısınız! – VİDEO

S.Xankişiyeva10:51 - 05 / 03 / 2022
Zelenski Avropaya səslənib: Bu gün hamınız ukraynalısınız! – VİDEO

Avropa xalqına səslənirəm, küçəyə çıxın, dəstəkləyin, əlinizdən nə gəlirsə, edin. Əgər biz qazansaq, bu, böyük bir zəfər olacaq. Biz məğlub olsaq, Avropa məğlub olacaq.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Tbilisi də daxil olmaqla Avropanın 7 şəhərinə müraciətində deyib.

Dövlət başçısının müraciəti Gürcüstan parlamentinin binası qarşısında quraşdırılmış monitorlarda telekörpü vasitəsilə yayımlanıb. Müraciəti qanunverici orqanın binası qarşısında keçirilən Ukraynaya kütləvi dəstək aksiyasının iştirakçıları alqışlarla qarşılayıblar.

Zelenski çıxışının ilk dəqiqəsini Ukraynanın müdafiəsi uğrunda həlak olanların, ikinci dəqiqəsini isə ölən mülki şəxslərin xatirəsinin sükutla yad edilməsinə həsr edib.

Prezident Avropanı səssiz qalmamağa, Ukraynaya dəstəyə çağırıb: “Gözlərinizi yummayın, gəlin və mübarizəmizə bacardığınız qədər dəstək olun. Əminəm ki, Ukrayna qələbə qazanacaq. Bu qələbə bütün demokratik dünyanın, bizim azadlığımızın, işığın zülmət üzərində zəfəri olacaq. Vilnüs, Frankfurt, Tbilisi, Bratislava, Praqa, Leon, Paris, bu gün siz hamınız ukraynalısınız!”.

Mövzu ilə əlaqədar oxuyun:

Zelenski Ukraynaya gələn 16 min könüllünü qarşılayıb – VİDEO

Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəs elan olundu

Rasim Musabəyov: Ukraynanı dərhal Avropa İttifaqına qəbul edin! - VİDEO

Əliyevin köməyi və Zelenskinin minnətdarlığı. “Bakıya qarşı sanksiyalar” tələb edən britaniyalı deputat üçün maarifləndirici TƏHLİL

Zelenski: Bir həftədə Rusiya ordusunun 9 min hərbçisi öldürülüb

Zelenski: Ordu ilə birlikdə Ukraynanı müdafiə edəcəyik - VİDEO

Paylaş:
1033

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər