Mariupolda 11 yaşlı gimnast həlak olub - FOTO
Mariupolda 11 yaşlı ukraynalı gimnast Yekaterina Dyaçenko həlak olub.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə UNİAN məlumat yayıb.
Məlumata görə o, düşmən mərmisinin düşdüyü evdə olub.
Yekaterinanın meyiti evin dağıntıları altından tapılıb. Onun ölümü barədə bədii gimnastika üzrə məşqçisi Anastasiya Meşanenkova Instagram hesabında bildirib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə zamanı indiyə kimi ölkədə 121 uşaq həlak olub, 167 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Mövzu ilə əlaqədar oxuyun:
Ukraynada təhsili yarımçıq qalmış azərbaycanlı tələbələri nə gözləyir? – EKSPERT RƏYİ
Müharibə zamanı humanizm: Azərbaycanlı Kiyevdəki evsiz heyvanları xilas edir – FOTO
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - FOTO - VİDEO - YENİLƏNİB
Rasim Musabəyov: Ukraynanı dərhal Avropa İttifaqına qəbul edin! - VİDEO