Azərbaycanın 4 şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın 4 şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb

10:34 - 07 / 04 / 2022
Azərbaycanın 4 şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb

Sloveniyada şahmatçılar arasında şəxsi Avropa çempionatı başa çatıb.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, qitə birinciliyində şahmatçılarımızdan ən yaxşı nəticəni Vasif Durarbəyli göstərib.

11 turdan 8 xal toplayan şahmatçımız yekun sıralamada 3-8-ci yerləri bölüşüb. Digər təmsilçilərimizdən hərəyə 7,5 xal toplayan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov müvafiq olaraq 9-11-ci yerlərdə, Nicat Abasov isə 26-cı pillədə qərarlaşıb.

Yarışın qalibi 8,5 xalla almaniyalı Matias Blubaum olub.

Qitə birinciliyinin nəticələrinə əsasən, ilk 20-likdə qərarlaşan şahmatçılar o cümlədən təmsilçilərimiz Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.

1news.az

Paylaş:
409

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər