Muğanbank BMT-nin Qlobal Sazişi təşəbbüsünə qoşuldu – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Muğanbank BMT-nin Qlobal Sazişi təşəbbüsünə qoşuldu – FOTO

S.Xankişiyeva10:05 - 19 / 04 / 2022
Muğanbank BMT-nin Qlobal Sazişi təşəbbüsünə qoşuldu – FOTO

“Muğanbank” ASC 12 aprel 2022-ci il tarixində dünyanın məsuliyyətli biznes liderlərini özündə cəmləşdirən Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişi platformasına qoşulduğunu böyük məmnuniyyətlə elan etdi.

Muğanbank dünya miqyasında və xüsusilə Bank sektorunda hamımızın arzuladığı dünya gələcəyi təmin etmək üçün məsuliyyətli fəaliyyət öhdəliyi götürən minlərlə digər şirkətlərə qoşulmaqdan qürur duyur.

Qlobal Saziş bütün dünyada şirkətlər üçün insan hüquqları, əmək, ətraf mühit və korrupsiya ilə mübarizə sahələrində qəbul edilmiş on prinsipi və Dayanıqlı İnkişaf Məqsədlərini öz fəaliyyətləri daxilində dəstəkləməklə fayda verməyə və faydalanmağa zəmin yaradan BTM-nin bir qoludur.

2000-ci ildə işə salınan BMT-nin Qlobal Sazişi, bu gün 160 ölkənin 15.000-dən artıq şirkəti, 3.000 qeyri-kommersiya təşkilatı və 70-dən çox Qlobal Sazişin Yerli Şəbəkələri daxil olmaqla dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür.

“Qlobal İnkişaf Məqsədlərinə və dövlət səviyyəsində Azərbaycanın Respublikasının dayanıqlı inkişaf prioritetlərinə sadiqliyimizə uyğun olaraq, Muğanbank məsuliyyətli biznes fəaliyyətini davam etdirməkdən və təkmilləşdirməkdən qürur duyur. Bankın 2011-ci ilə qəbul etdiyi və Avropa Yenidənqurma və İnkişaf Bankının gözləntilərinə cəvab verən “Sosial və Ekoloji Siyasəti” rəhbərliyimizin və ümumilikdə Muğanbankın dayanıqlı inkişaf və korporativ sosial məsuliyyətə verdiyi əhəmiyyətin göstəricilərindəndir. BMT-nin Qlobal Sazişin iştirakçısı olaraq, biz Azərbaycan biznes liderlərini bu qlobal təşəbbüsə qoşulmağa çağırırıq.” - deyə İdarə Heyətinin Sədri Elnur Abbasov qeyd etmişdir.

“Daha münbit, ədalətli və dayanıqlı qlobal gələcəyə nail olmaqda özəl sektorun rolu əvəzedilməzdir. Bu səbəbdən, müxtəlif sahələrdən olan minlərlə aparıcı şirkət fəaliyyətlərində dayanıqlı biznes prinsiplərini həyata keçirmək və təkmilləşdirmək məqsədi ilə BMT-nin Qlobal Sazişinə qoşulur. Biz Muğanbankı qlobal biznes ailəmizdə salamlamaqdan çox şadıq və sizi Qlobal Sazişinin internet səhifəsində MuğanBankın [UNGC səhifəsinə keçid] profilinə baş çəkməyə dəvət edirəm”-deyə, Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri cənab Samir Məmmədov qeyd etmişdir.

Reklam hüququnda

Paylaş:
359

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər