Xalq Bank 2022-ci ilin ilk rübünün yekunlarını açıqladı
2022-ci ilin I rübünün yekunlarına əsasən ölkənin ən böyük özəl banklarından biri olan ASC “Xalq” Bankının aktivləri ötən ilin sonu ilə müqayisədə 48.1 mln manat artaraq 2 387.5 mln manat təşkil etmişdir.
Qeyd olunan tarixə Bankın müştərilərə verdiyi kreditlərinin həcmi 1 421.9 mln, depozit portfelinin həcmi isə 1 566.28 mln manat təşkil etmişdir.
Bank 2022-ci ilin ilk rübü ərzində 7.01 mln manat xalis mənfəət əldə edib. Bankın cəmi kapitalı 449.4 mln manat təşkil etmişdir.
Xalq Bank əsas maliyyə göstəricilərinə görə bank sektorunda öz mövqeyini qoruyur və ölkənin üç ən böyük özəl banklarından biridir.
Bankın məhsul, xidmətləri və kampaniyaları haqqında daha ətraflı məlumatı www.xalqbank.az saytından, 138 Məlumat Mərkəzindən, həmçinin Facebook və Instagram səhifələrindən əldə etmək mümkündür.
Reklam hüququnda