Çempionlar Liqasında ilk finalçının adı məlum olub - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Çempionlar Liqasında ilk finalçının adı məlum olub - VİDEO

09:35 - 04 / 05 / 2022
Çempionlar Liqasında ilk finalçının adı məlum olub - VİDEO

Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

1news.az xəbər verir ki, ilk oyun günündə "Vilyarreal" İspaniyada "Liverpul"u qəbul edib.

"Estadio de la Keramika" stadionundakı qarşılaşmada ilk qol oyunun erkən dəqiqələrində vurulub. Matçın 3-cü dəqiqəsində Bulaye Dia “sarı sualtı qayıq”lıları hesabda önə çıxarıb.

Bundan sonra hücumlarını artıran İspaniya təmsilçisi Frensis Koklin ilə “mersisayd” təmsilçisini ikinci dəfə meydanın mərkəzinə dəvət edib.

Birinci hissə 2:0 “Vilyarreal”ın qələbəsi ilə başa çatıb.

İkinci hissədə üstün tərəf “Liverpul” olub. Bunun məntiqi nəticəsi kimi 62-ci dəqiqədə misirli Salahın ötürməsini brazilyalı Fabinyo qola çevirib.

Bundan sonra daha istəkli oynamağa başlayan İngiltərə təmsilçisi Luis Diazla hesabı bərabərləşdirib - 2:2.

Yurgen Kloppun komandası 74-cü dəqiqədə hesabda önə çıxıb. Qırmızıların 10 nömrəli futbolçusu Mane hesabı 3:2 edib.

Qeyd edək ki, ilk oyun iki həftə öncə İngiltərədə 2:0 hesabı ilə Liverpulun xeyrinə başa çatmışdır.

Xatırladaq ki, digər yarımfinal matçı bu gün "Real Madrid" (İspaniya) və "Mançester Siti" (İngiltərə) komandaları arasında olacaq. İngiltərədəki ilk oyunda "şəhərlilər" 4:3 hesablı qələbə qazanıb.

Onu da bildirək ki, ÇL-in finalı mayın 28-i Fransadakı "Stade de Frans"da keçiriləcək.

UEFA Çempionlar Liqası, yarımfinal

Cavab oyunu

3 may

23:00. "Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə) - 2:3

Qollar: Dia, 3 (1:0), Koklen, 41 (2:0), Fabinyo, 62 (2:1), Dias, 67 (2:2), Mane, 74 (2:3)

Baş hakim: Danni Makkeli (Niderland)

Vilyarreal, "Estadio de la Keramika" stadionu

ilk oyun: 0:2.

1news.az

Paylaş:
426

Son xəbərlər

Bütün xəbərlər