Avropa Liqası: “Ayntraxt” 42 illik həsrətə son qoydu - VİDEO
Avropa Liqasında 2021/2022 mövsümünün final oyunu keçirilib.
1news.az xəbər verir ki, həlledici matçda "Ayntraxt" (Frankfurt, Almaniya) "Reyncers"lə (Şotlandiya) üz-üzə gəlib.
İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə "Ayntraxt" daha dəqiq olub (5:4) və Avropa Liqasını qazanıb.
Nəzərinizə çatdıraq ki, “Ayntraxt” 42 illik həsrətə son qoyaraq, tarixində ikinci dəfə turnirin qalibi olub. Frankfurtlular buna qədər yalnız bir dəfə - 1980-ci ildə turnir UEFA Kuboku adlandığı vaxt kuboku başı üzərinə qaldırıb. “Reyncers” isə avrokuboklarda keçirdiyi 5-ci final oyununda 4-cü dəfə məğlubiyyətə düçar olub.
Qeyd edək ki, Avropa Liqasının son qalibi "Vilyarreal" (İspaniya) olub.
UEFA Avropa Liqası, final
18 may
23:00. "Ayntraxt" (Almaniya) - "Reyncers" (Şotlandiya) - 1:1 (Penaltilər - 5:4)
Qollar: Aribo, 57 (0:1), Borre, 69 (1:1)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu.
1news.az