Pilotlar trasa gəlirlər - 1news.az-ın fotomüxbiri ilə paddok boyu gəzinti – FOTO
Bu gün Azərbaycan Qran-prisinin ilk günüdür.
Sərbəst yarışların yalnız sabah başlamasına baxmayaraq, pilotlar tanış olmaq üçün bu gün trasa gəlirlər.
Paddok açılır – bura girişin jurnalistlər üçün açıq olduğu ən maraqlı yerlərdən biridir.
Komandalar və pilotlar burda yerləşir.
Cümə axşamı komandalar son hazırlıqları görür, təkərləri yoxlayır və pilotların gəlişinə hazırlaşır.
Paddokda gəzərkən “McLaren”in pilotu Daniel Rikardo ilə qarşılaşdıq. Bakı trası onun sevimli traslarındandır. Avstraliyalı 2017-ci ildə Bakıda “Red Bull”un pilotu kimi qalib gəlib. İndi Rikardo heç də yaxşı günlərini yaşamır. Bakıda sevimli trass avstraliyalının karyerasını xilas edə bilər.
1news.az paddokdan hazırlanmış fotoreportajı təqdim edir:
FOTO: Nadir İbrahimli