Şumaxerin oğlu Bakıda qəza törətdi - FOTO | 1news.az | Xəbərlər
İdman

Şumaxerin oğlu Bakıda qəza törətdi - FOTO

16:35 - 10 / 06 / 2022
Şumaxerin oğlu Bakıda qəza törətdi - FOTO

2022 Formula 1 Azəbaycan Qran Prisində ilk qəza halı qeydə alınıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, qəzanı "Haas" komandasının pilotunu Mik Şumaxer edib.

Belə ki, M.Şumaxer idarəetməni itirərək bolidi bardurlara çırpıb. Onun bolidi trasdan uzaqlaşdırılıb.

Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir. Yarışlarda 10 komanda iştirak edir. Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb.

Bu gün start götürən Formula 1 Azərbaycan Qran Prisi iyunun 12-dək davam edəcək.

1news.az

Paylaş:
697

Son xəbərlər

Bütün xəbərlər