“Qarabağ” klubu ilə bağlı çəkilən filmin adı məlum olub. | 1news.az | Xəbərlər
İdman

“Qarabağ” klubu ilə bağlı çəkilən filmin adı məlum olub.

17:50 - 13 / 06 / 2022
“Qarabağ” klubu ilə bağlı çəkilən filmin adı məlum olub.

"Qarabağ" Futbol Klubu (FK) ilə bağlı çəkilən filmin adı məlum olub.

1news.az "Report" a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyindən bildirilib ki, ekran əsəri "Qarabağ" FK 30 mövsüm səfərdə” adlanır.

Qeyd olunub ki, 4 seriyalı sənədli film dövlət sifarişi ilə nazirliyin "Salnaməfilm" studiyasında istehsal olunur.

""Qarabağ" FK-nin uğur hekayəsi və 30 ildən sonra Ağdama qayıdışından bəhs edən filmin ölkəmizdəki çəkilişlərinin böyük bir hissəsi tamamlanıb. Xaricdə planlaşdırılan çəkilişlərin yaxın vaxtlarda həyata keçirilməsinə başlanılacaq", - qurumdan vurğulanıb.

Nazirlikdən bildirilib ki, filmin istehsalının bu ilin sonunadək tamamlanması nəzərdə tutulub.

1news.az

Paylaş:
479

Son xəbərlər

Bütün xəbərlər