Millətlər Liqası: Mahir Emrelinin qolu ən yaxşı seçilə bilər
UEFA Millətlər Liqasında IV turun ən yaxşı qolu adına namizədlər açıqlanıb.
1news.az-ın məlumatına görə, onların arasında Azərbaycan millisinin futolçusu Mahir Emrelinin Belarusa qarşı C Liqasının qrup mərhələsinin IV tur oyununda vurduğu qol da yer alıb.
25 yaşlı forvard 2:0 hesabı ilə qalib gəldikləri görüşdə ilk qolun müəllifi olub. Rəqib qapısından digər topu isə əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə Ramil Şeydayev keçirib.
Emreli ilə yanaşı, Macarıstan millisindən Daniel Qazdaq, Şimali Makedoniya yığmasından Enis Bardi və Niderland seçməsindən Noa Lanq da turun ən yaxşı qolunun müəllifi adına iddia edirlər.
Qeyd edək ki, Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edir.
1news.az
487