“Qarabağ” Avstriyaya yollanıb | 1news.az | Xəbərlər
İdman

“Qarabağ” Avstriyaya yollanıb

09:41 - 20 / 06 / 2022
“Qarabağ” Avstriyaya yollanıb

İyunun 9-dan yeni mövsümün hazırlığına başlayan “Qarabağ” Bakıdakı təlim-məşq toplanışını başa vurub.

1NEWS.AZ xəbər verir ki, "köhlən atlar" hazırlıq prosesinin ikinci mərhələsi üçün ötən gecə Avstriyaya yollanıb.

Ağdam təmsilçisi sözügedən ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Hələlik rəqiblərin adları bəlli deyil.

Qeyd edək ki, 2022/2023 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" I təsnifat mərhələsində Polşa "Lex"i ilə qarşılaşacaq.

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər