Milli Məclisin deputatları ATƏT PA-nın yay sesisiyasında iştirak edəcəklər | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin deputatları ATƏT PA-nın yay sesisiyasında iştirak edəcəklər

Qafar Ağayev12:53 - 29 / 06 / 2022
Milli Məclisin deputatları ATƏT PA-nın yay sesisiyasında iştirak edəcəklər

İyulun 2-dən 6-dək ATƏT Parlament Assambleyasının yay sessiyası keçiriləcək.

1news.az xəbər verir ki, sessiyada iştirak etmək üçün Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev, nümayəndə heyətimizin üzvləri – parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlar Tural Gəncəliyev, Ülviyyə Ağayeva, Əminə Ağazadə, Ağalar Vəliyev iyunun 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Birminhem şəhərinə səfər edəcəklər.

Sessiya çərçivəsində ATƏT PA-nın Daimi komitəsinin, qurumun Siyasi məsələlər və təhlükəsizlik, İqtisadiyyat, elm, texnologiya və ətraf mühit, Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə komitələrinin toplantıları keçiriləcək.

Nümayəndə heyətimizin üzvləri tədbirlərdə iştirak edəcək, müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.

Paylaş:
298

Son xəbərlər

Bütün xəbərlər