Ramin Musayev PFL-in prezidenti postundan ayrılıb - RƏSMİ - YENİLƏNİB | 1news.az | Xəbərlər
Futbol

Ramin Musayev PFL-in prezidenti postundan ayrılıb - RƏSMİ - YENİLƏNİB

11:40 - 29 / 07 / 2022
Ramin Musayev PFL-in prezidenti postundan ayrılıb - RƏSMİ - YENİLƏNİB

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev vəzifəsindən ayrılıb.

1news.az xəbər verir ki, bu barədə PFL rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, 14 ildir bu vəzifədə çalışan futbol funksioneri səhhəti ilə əlaqədar istefa verib.

Ramin Musayev ilk olaraq 2004-cü ilin aprelində “Neftçi”nin icraçı direktoru, həmin ilin noyabrında isə vitse-prezidenti təyin olunub. “Ağ-qaralar”da işlədiyi müddətdə komanda ilə Azərbaycan çempionu adına yiyələnib, avrokuboklarda mərhələlər keçib, 2006-cı ildə Birlik Kubokunun ilk qalibi olub.

2 iyul 2008-ci ildə AFFA-da keçirilən səsvermənin nəticəsinə əsasən, yeni yaradılan Peşəkar Futbol Liqasının ilk prezidenti seçilib. Yeni vəzifəyə seçildikdən sonra o, “Neftçi”dəki postunu tərk edib. Musayev 2012-ci ilin 3 iyulunda AFFA-nın inzibati binasında AFFA prezidenti Rövnəq Abdullayev və klub rəhbərlərinin iştirakı ilə keçirilən növbəti seçkidə yekdilliklə ikinci müddətə PFL prezidenti seçilib. O, PFL-in 5 iyul 2016-cı il və 14 sentyabr 2020-ci il tarixli seçkilərinin də qalibi olub.

10:36

Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən isfefa verib.

1news.az Qol.az-a istinadən xəbər verir ki, o, yaxın ətrafına səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyini açıqlayıb. Bununla əlaqədar, o, bu gün Premyer Liqada yarışan klub nümayəndələri ilə görüşəcək.

Yaxın saatlarda bununla bağlı rəsmi açlqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, 2008-ci ildən PFL-in prezidenti vəfifəsində çalışırdı.

Paylaş:
1274

Son xəbərlər

Bütün xəbərlər