Çin Tayvanla ixrac və idxalı məhdudlaşdırmağa başlayıb
Çin şirkətləri Tayvan adasına qum tədarükünü dayandırıb.
1news.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.
Səlahiyyətlilər bunun mövcud hüquqi qaydalara uyğun olaraq həyata keçirildiyini deyir.
Təbii qumdan beton istehsalında, yolların tikintisində, bina və infrastruktur obyektlərinin tikintisində, eləcə də şüşə istehsalında geniş istifadə olunur.
Öz növbəsində Çin gömrüyü Tayvandan sitrus meyvələri və iki növ balıq məhsullarının idxalının dayandırılması barədə məlumat verib.
Ekspertlər bu hərəkətləri ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adasına səfərinin səbəb olduğu geosiyasi gərginliyin artması ilə izah edirlər.
Lakin investorların ən çox qorxduğu, gələcəkdə Tayvanda mikroprosessorların istehsalına təsir edəcək məhdudiyyətlərin tətbiqidir.
Bundan əlavə, Çin litium-ion batareyalarının istehsalı zavodunun tikintisini dayandıra bilər.
1news.az