Ermənistan “Qisas” əməliyyatından hansı nəticələri çıxarmalıdır? - Deputatdan şərh | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan “Qisas” əməliyyatından hansı nəticələri çıxarmalıdır? - Deputatdan şərh

Qafar Ağayev14:01 - 05 / 08 / 2022
Ermənistan “Qisas” əməliyyatından hansı nəticələri çıxarmalıdır? - Deputatdan şərh

““Qisas” antiterror əməliyyatı növbəti erməni təxribatına qarşı tutarlı cavabdır”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat bildirib ki, Azərbaycan ərazisində dövlətçiliyimizə və suverenliyimizə qarşı atılan hər bir addım belə amansız cəza tədbiri ilə cavablandırılacaq.

“Bu Qarabağ ərazisində qeyri-qanuni fəaliyyət göstərən kriminal qruplar üçün bir dərs olmalıdır. Seçdikləri yolun perspektivsiz olduğunu anlayan təxribatçılar və terrorçular silahı yerə qoyub Azərbaycan hüquq-mühafizə orqanlarına təslim olmalı və ya ölkə ərazisini tərk etməlidirlər. Hesab edirəm ki, “Qisas” əməliyyatı bunu düşmənlərimizə anlatdı” .

Ermənistanın çıxaracağı nəticə

“Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycanla ikibaşlı oyun oynamaq mümkün deyil” - deyə, deputat əlavə edib:

Cavanşir Feyziyev

“Vətən müharibəsindən sonra bu günə qədər imzaladığı üçtərəfli bəyanatlarla nəzərdə tutulmuş müddəaların hamısını qeyd-şərtsiz yerinə yetirməlidir. Dəfələrlə dediyimiz kimi, Ermənistanın başqa yolu yoxdur və onun nicatı Azərbaycanın əlindədir”.

Ermənistanın təxribat törətməkdə məqsədi

C.Feyziyevin sözlərinə görə, Ermənistanda dövlət siyasəti peşəkar səviyyədə yox, həvəskar səviyyədə həyata keçirilir.

“Onun imzaladığı sənədlərin heç bir əhəmiyyəti yoxdur. Hökümət başçısı bəzən özünün imzaladığı sənədin əleyhinə fikirlər səsləndirir, götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır və Azərbaycanla hər hansı bir məsələ ətrafında razılığa gəldikdən sonra digər dövlətlərlə həmin razılaşmaların əleyhinə birgə fəaliyyət göstərməyə cəhdlər edir. Bütün bunlar Ermənistan siyasətini çıxışı olmayan labirintə aparır. Eyni məsələ üzrə hər gün yeni bir fikrə düşmək Ermənistan siyasətçilərinin səbatsızlığından və naşılığından xəbər verir. Ermənistan rəhbərliyinin oxunması heç də çətin olmayan siyasi oyunları isə gülünc doğurur. Məsələn, Paşinyan bir tərəfdən həm Rusiya vasitəsilə, həm də Brüssel vasitəsilə Azərbaycanla münasibətlərin normallaşdırılmasına çalışdığını göstərir. Digər tərəfdən isə, Qarabağ ərazisində təxribatlar təşkil etməklə beynəlxalq təşkilatların və bəzi dövlətlərin diqqətini guya hələ də problemin həll olunmadığına cəlb etməyə çalışır. Bu yolla artıq tarixə qovuşmuş “Minsk Qrupu”nun fəaliyyətinin bərpa olunacağına ümidlər bəsləyir. Hər dəfə törətdikləri təxribata görə ciddi şəkildə cəzalandırılmasına baxmayaraq Ermənistan höküməti və müxalifəti hələ də məntiqsiz addımlar atmaqda və regionda sabitliyin bərpa olunmasına maneçilik törətməkdə davam edir. Bunu öz xoşları ilə yoxsa bölgədən kənar qüvvələrin himayədarlığı ilə edirlər, bizim üçün önəmli deyil. Amma Ermənistan bir həqiqəti anlamalıdır ki, belə bir siyasət heç də onların xeyrinə işləmir”.

Həmçinin oxuyun: Azərbaycan Ordusundan “Qisas” əməliyyatı - Bu yüksəkliklər nəzarətə götürüldü - VİDEO - YENİLƏNİB

Deputat: “Ermənistanın yalan vədləri və sözləri artıq bizim üçün keçərli deyil”

Paylaş:
903

Son xəbərlər

Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilibBu gün, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan varBu gün, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişibBu gün, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət veribBu gün, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTOBu gün, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTOBu gün, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilirBu gün, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidirBu gün, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardırBu gün, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİBBu gün, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydıBu gün, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEOBu gün, 13:45Sabah hava necə olacaq? - ProqnozBu gün, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilibBu gün, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıbBu gün, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”Bu gün, 11:41Binədə qanunsuz tikililər sökülübBu gün, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıbBu gün, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışırBu gün, 11:08Düşən yağıntının miqdarı 3 milli metrədək olub - Faktiki havaBu gün, 10:58
Bütün xəbərlər