Azərbaycan Laçın dəhlizinə alternativ yeni yolun inşasını başa çatdırmaq üzrədir - Prezident | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Laçın dəhlizinə alternativ yeni yolun inşasını başa çatdırmaq üzrədir - Prezident

09:54 - 05 / 08 / 2022
Azərbaycan Laçın dəhlizinə alternativ yeni yolun inşasını başa çatdırmaq üzrədir - Prezident

Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib və Azərbaycan tərəfindən bu yolun inşası başa çatdırılmaq üzrədir.

1news.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fransa dövlət başçısı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, işlər yekunlaşan kimi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin həmin yola dislokasiya olunması nəzərdə tutulur.

1news.az

Paylaş:
450

Son xəbərlər

Bütün xəbərlər