Hulusi Akar: Cənubi Qafqazda bərpa olunan sülh Ermənistan üçün də bir fürsətdir | 1news.az | Xəbərlər
Siyasət

Hulusi Akar: Cənubi Qafqazda bərpa olunan sülh Ermənistan üçün də bir fürsətdir

14:00 - 09 / 08 / 2022
Hulusi Akar: Cənubi Qafqazda bərpa olunan sülh Ermənistan üçün də bir fürsətdir

"Azərbaycan bizim dostumuz, can qardaşımızdır. Azərbaycan torpaqlarını işğaldan zad etmək üçün 30 ilə yaxın danışıqlar apardı. Ölkə ərazisinin 20 faizi işğal altında idi, çox sayda məcburi köçkünü var idi. Lakin bütün bunlara baxmayaraq, dünya bu hadisəyə biganə yanaşdı. Azərbaycanlı qardaşlarımız sonda “Yetər artıq!” deyərək əməliyyata başladılar. Şükürlər olsun ki, 44 gün davam edən müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi".

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada keçirilən XIII Səfirlər konfransında çıxışı zamanı ifadə edib.

Hazırda Cənubi Qafqazda bərpa edilən sülhün Ermənistan üçün də bir fürsət olduğunu vurğulayan nazir, həmçinin Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayıb.

1news.az

Paylaş:
443

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər