Vüqar Rəhimzadə: Dünya Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik edir | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Dünya Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik edir

15:23 - 10 / 08 / 2022
Vüqar Rəhimzadə: Dünya Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik edir

“Prezident İlham Əliyev “Hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır” fikirləri ilə Azərbaycan-Türkiyə əlaqələrinin dünəninə baxış fonunda gələcək hədəfləri açıqlayır.

Tarixə nəzər salsaq görərik ki, sevincli, kədərli anlarda iki dost ölkə daim bir-birinin yanında olub, eyni mövqedən çıxış edib, dünyaya daim bu çağırışı ediblər ki, ədalət və beynəlxalq hüquq əsasdır. Bir məqamı qeyd edək ki, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ucbatından tərkibinin dəyişməsi məsələsi gündəmə gətiriləndə, ən əsası Türkiyənin vasitəçiliyinin vacibliyi vurğulananda Ermənistan bunun mümkünsüzlüyünü bəyan edirdi. Buna əsas kimi Türkiyənin Azərbaycanın yanında olmasını bildirirdi. Reallıq bu idi ki, qardaş ölkə ədalətin, beynəlxalq hüququn yanındadır. Ən yüksək tribunalardan bəyan edir ki, dünya ikili standartlara əsaslanan siyasətə son qoymalı, həqiqətləri olduğu kimi dəyərləndirməlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin iyun ayında ölkəmizə səfəri zamanı parlamentdəki çıxışında tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda bildirmişdir ki, bölgənin sülhə ehtiyacı var. Buna nail olmalıyıq. Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə olaraq biz də lazımi addımları atacağıq. Türkiyə ilə sərhədlərin açılmasının Ermənistana verəcəyi faydalar saymaqla bitməz. Bu Zəfəri hər kəsin ortaq zəfərinə çevirmək bizim əlimizdədir. Bir daha Qafqazın boynuna kimsənin əsarət zənciri vura bilməməsi üçün qarşımıza çıxan fürsətləri hamımız birlikdə ən yaxşı şəkildə dəyərləndirməliyik. Biz bu mübarizəni özümüz və dostlarımızla birlikdə “Dünya beşdən böyükdür” deyərək qlobal səviyyədə də aparırıq.”

1news.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqəti tarixi Zəfərimizdən ötən iki ilə yaxın dövr ərzində Azərbaycan və Türkiyənin birgə addımlarına, eyni zamanda, hansısa tarixi gündə, məqamda iki dost ölkənin Prezidentlərinin bir yerdə olmasına, yalnız dövlətlərarası deyil, şəxsi münasibətlərdə də qardaşlıq nümayiş etdirmələrinə yönəldərək bildirib ki, dünyaya səs salan, Türk dünyasının mədəniyyət paytaxtı Şuşanın şahidlik etdiyi Müttəfiqlik Bəyannaməsi bu qardaşlığın sarsılmazlığına xidmət edir. Şuşa Bəyannaməsində yer alan müddəaların icrası istiqamətində tərəflər biri-birindən əhəmiyyətli addımlar atır. Reallıqlarımızın təbliğində əhəmiyyətli rola malik olan mətbuat sahəsində də əməkdaşlığın inkişafına xidmət edən Memorandum imzalandı, ən əsası Ortaq Media Platforması yaradıldı.

“Tarixi köklərə bağlılıq bu dostluğu, qardaşlığı daha da möhkəmləndirir, liderlərin şəxsi münasibətləri bu əməkdaşlığa yeni çalarlar əlavə edir” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, son aylarda Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə keçirilən tədbirlərə diqqət yetirək: “Ölkə Prezidenti may ayında Türkiyəyə işgüzar səfəri çərçivəsində Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etdi. Bu səfər Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə reallaşdı. Həmin açılış mərasimində “Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi… İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirmişdir ki, qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunların təməlində aparılan uğurlu siyasət, Prezident Rəcəb Tayyib Ərdoğanın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə daxilində də böyük layihələr icra etməyə qadirdir.”

Vüqar Rəhimzadə may ayının 28-də - Müstəqillik Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən, eyni zamanda, Azərbaycan Prezidenti ilə birgə “TEXNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştiraklarından bəhs edib. Bildirib ki, artıq hər iki ölkənin gənclərinin gələcək inkişafımıza töhfələr verməsi üçün mühüm addımlar atılır, gənclərimiz daha da yaxınlaşırlar.

“Bugünümüz üçün mühüm olan tarixi hadisə dövlət başçısı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak etməsidir. Bu mühüm idman tədbirində öncə dövlət başçısı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü oldu. Görüş zamanı iki qardaş ölkənin müxtəlif sahələrdə uğurla inkişaf edən əlaqələrindən, postmünaqişə dövrünün reallıqları fonunda görülən işlərdən, eyni zamanda, son günlər Qarabağda yaranan gərginlikdən geniş bəhs olunub. Rəcəb Tayyib Ərdoğan bir daha Türkiyənin dəstəyini ifadə edib. Dövlət başçısı İlham Əliyev Konya şəhərində Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyehi və Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul etmişdir. Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətindən bəhs olunmuşdur. Prezident İlham Əliyev, həmçinin V İslam Həmrəyliyi Oyunlarına qatılan Azərbaycan idmançıları ilə görüşmüşdür. Ölkəmizin idman sahəsində qazandığı uğurlardan, idmançılarımızın Azərbaycanın bayrağını yüksəklərə qaldıraraq qazandıqları nəticələrdən danışan dövlət başçısı İlham Əliyev bu məqamı da xüsusi qeyd etmişdir ki, ilk dəfə olaraq İslam Həmrəyliyi Oyunlarında qalib Azərbaycanı təmsil edirsiniz. Bu, hamımız üçün böyük qürurverici hadisədir. Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək”, - deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə diqqəti, eyni zamanda, V İslam Həmrəyliyi Oyunlarına qatılan ölkələrin və idmançıların say tərkibinə yönəldib: “Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. 2017-ci ildə ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında isə 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparmışdı. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldu. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşmışdır. V İslam Həmrəyliyi Oyunlarında iştirakçı dövlətlərin, idmançıların, eyni zamanda, medalların say tərkibində artım Oyunlara diqqət və marağın artdığını göstərməklə yanaşı, İslam dünyası ölkələrinin bir araya gəlmək istəklərini də nümayiş etdirir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu Oyunlar həm idman yarışıdır, həm də ki, müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən amildir.”

YAP Xətai rayon təşkilatının sədri iki dost ölkənin islam həmrəyliyinin möhkəmləndirilməsinə töhfələrindən geniş bəhs edərək bildirib ki, bu Oyunlar həmrəyliyə böyük töhfələr verir. İdmançılarımız yeni dostlar qazanır, həm öz, həm də Oyunların təşkil olunduğu ölkələrin təbliğatçısı qismində çıxış edirlər. Ölkələrin, xalqların daha da yaxınlaşması birliyin, həmrəyliyin möhkəmlənməsinə böyük stimuldur.

Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, dünya Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik edir. Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı qürurverici olmaqla yanaşı, dünyaya qardaşlıq əlaqələrinin davamlı inkişafında etimad, səmimiyyət amillərinin əsas faktor olmasına çağırışdır.

1news.az

Paylaş:
334

Son xəbərlər

Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:3831 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09
Bütün xəbərlər