Ceyhun Bayramov: “Əlcəzair Azərbaycanın təşəbbüslərinə dəstək verir” | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov: “Əlcəzair Azərbaycanın təşəbbüslərinə dəstək verir”

12:31 - 10 / 08 / 2022
Ceyhun Bayramov: “Əlcəzair Azərbaycanın təşəbbüslərinə dəstək verir”

“Bu səfər hər iki ölkə üçün olduqca əhəmiyyətlidir, yüksək səviyyəli dialoqun bir təzahürüdür ”.

1news.az xəbər verir ki, bunu Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamra ilə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Ceyhun Bayramov deyib ki, əlcəzairli həmkarı ilə təktərəfli və genişərkibli görüş keçirilib: “İkitərəfli səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı geniş müzakirələr apardıq. Əlcəzairin müstəqilliyinin 60 illiyi münasibəti ilə bağlı bir daha təbrikimi çatdırıram. Yüksək səviyyəli dialoqun davamlılığını təmin etmək üçün yüksək səviyyəli səfərlər vacibdir. Bu baxımdan Əlcəzair Prezidentinin Qoşulmama Hərəkatının tədbirində iştirak üçün Azərbaycana səfəri və Azərbaycan səfərini xüsusi qeyd etmək istəyirəm. Əlcəzair parlamentinin sədri də Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsisi ilə bağlı Bakı konfransında iştirak edib. Ümumiyyətlə, Qoşulmama Hərəkatının təsisçilərinin biri olan Əlcəzair çox fəaldır və Azərbaycanın sədr kimi təşəbbüsünə dəstək verir. İki həftə əvvəl Qoşulmama Hərəkatının gənclər təşkilatının təsis konfransında da Əlcəzair aktiv iştirak edib”.

1news.az

Paylaş:
321

Son xəbərlər

Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58
Bütün xəbərlər