“Azərbaycanlılar Ermənistana qayıdacaq” - Alaverdyan | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycanlılar Ermənistana qayıdacaq” - Alaverdyan

17:21 - 12 / 08 / 2022
“Azərbaycanlılar Ermənistana qayıdacaq” - Alaverdyan

Azərbaycan Prezidenti İlham Əliyev 1988-ci ildən sonra Ermənistandakı yaşayış məntəqələrini və evlərini tərk etmiş azərbaycanlıların geri qaytarılmasını dəqiq vəzifə kimi qarşıya qoyub və artıq bu əməliyyatı ardıcıl olaraq həyata keçirir.

1news.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistandakı "Məhkəmə özbaşınalığına qarşı" təşkilatının icraçı direktoru, bu ölkənin tanınmış ictimai xadimi Larisa Alaverdyan söyləyib.

"Azərbaycanlılar Ermənistanın demək olar ki, bütün rayonlarında yaşayırdılar", - deyən Alaverdyan mövcud geosiyasi vəziyyətin Azərbaycanın xeyrinə dəyişdiyinin artıq reallıq olması ilə barışmaqdan başqa yol görmədiyini qeyd edib. Otuz dörd il əvvəl Zəngəzurda, konkret olaraq, Ağudi kəndində yaşayan azərbaycanlılarla söhbətini xatırladan Alaverdiyan onların şərait yaranacağı təqdirdə buralara qayıda biləcəkləri ilə bağlı dediklərini xatırlayaraq deyib: "Artıq həmin azərbaycanlıların gözlədikləri şərait yaranıb".

Qarabağın erməni sakinlərinin gələcək taleyi ilə bağlı suala cavab verən icraçı direktor onların Azərbaycan vətəndaşları kimi yaşamaqdan başqa yollarının olmadığını bildirib.

1news.az

Paylaş:
334

Son xəbərlər

Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:3831 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09
Bütün xəbərlər