Şahdağ Milli Parkının ərazisində yanğının söndürülməsi istiqamətində işlər görülür | 1news.az | Xəbərlər
Cəmiyyət

Şahdağ Milli Parkının ərazisində yanğının söndürülməsi istiqamətində işlər görülür

Qafar Ağayev17:50 - 15 / 08 / 2022
Şahdağ Milli Parkının ərazisində yanğının söndürülməsi istiqamətində işlər görülür

Şahdağ Milli Parkının Qəbələ rayonu bölməsində mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun rəsmisi Akif Məmmədov 1news.az-a bildirib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

“Hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar”.

Paylaş:
341

Son xəbərlər

Bütün xəbərlər