Şabranda yanğının söndürülməsinə amfibiya təyyarəsi cəlb olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Şabranda yanğının söndürülməsinə amfibiya təyyarəsi cəlb olunub

Qafar Ağayev15:01 - 16 / 08 / 2022
Şabranda yanğının söndürülməsinə amfibiya təyyarəsi cəlb olunub

Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) 1news.az-a verilən məlumata görə, hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə nazirliyin Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub.

Qeyd edilib ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermis yanğınların söndürülməsində FHN-nin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir.

Paylaş:
297

Son xəbərlər

Bütün xəbərlər