Ötən gün həlak olan hərbçi dəfn olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün həlak olan hərbçi dəfn olunub - FOTO

14:01 - 27 / 08 / 2022
Ötən gün həlak olan hərbçi dəfn olunub - FOTO

Ötən gün Goranboy rayonunda yol qəzasında həlak olan hərbçi doğulduğu torpaqda dəfn olunub.

1news.az-ın APA-ya istinadən məlumatına görə, müddətdən artıq xidmət edən Vahid Maarif oğlu Ərəblinski bu gün doğulduğu Zaqatala rayonu Aşağı Tala kəndində hərbi orkestrin müşayiəti və yaylım atəşi ilə dəfn edilib. Hərbçinin dəfn mərasimində onun qulluq etdiyi hərbi hissənin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, general Ərəblinskinin nəticəsi olan Vahid Ərəblinski ötən gün Goranboy rayonunun Buzluq kəndi ərazisində idarə etdiyi “Ural” markalı avtomobilin dərəyə aşması nəticəsində həyatını itirib.

Paylaş:
454

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər