SOCAR Ukraynanın bir şəhərində məktəbin bərpasında iştirak edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə müəssisəsi İrpen şəhərində Zərifə Əliyeva adına 12 saylı orta məktəbin bərpasının başa çatdırıldığını elan edib.
1news.az bu barədə Trend-ə istinadən xəbər verir.
"Bir neçə ay əvvəl İrpen şəhərindəki 12 saylı məktəb yarıdağılmış vəziyyətdə idi, bu gün məktəb şagirdlər üçün qapılarını açıb. Məktəbin damı, pəncərələri, üz örtüyü yenilənib, sinif otaqları və kabinetlər, idman zalı təmir edilib. Bundan başqa, bomba sığınacağı və sanitar qovşaqlar quraşdırılıb", - deyə "SOCAR Energy Ukraine" şirkətinin direktoru İqor Orlov bildirib.
O əlavə edib ki, dağıntıların və köməyə ehtiyacı olanların çox olduğu bir müddətdə Ukrayna və ukraynalıları dəstəkləmək şərəf məsələsidir.