Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinə 3 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinə 3 milyon manat ayrılıb

14:20 - 07 / 09 / 2022
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinə 3 milyon manat ayrılıb

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.

1news.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin (şəhər, kənd, qəsəbə) tikintisi, təmiri və bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

1news.az

Paylaş:
698

Son xəbərlər

Bütün xəbərlər