“Ermənistan sülhə məcbur edilməlidir” - Politoloq | 1news.az | Xəbərlər
Siyasət

“Ermənistan sülhə məcbur edilməlidir” - Politoloq

14:07 - 13 / 09 / 2022
“Ermənistan sülhə məcbur edilməlidir” - Politoloq

Ermənistan regionda gərginlik yaratmaqla Cənubi Qafqazda vəziyyəti öz maraqlarına uyğun təhrif etməyə çalışır. Artıq 10 gündən çoxdur ki, hər gün Ermənistan tərəfindən müxtəlif formada Laçın, Kəlbəcər və digər istiqamətlərdə təxribatlar törədilirdi. Azərbaycan regionda sülhün təmin olunmağında maraqlı olduğunu dəfələrlə vurğulayıb. Buna baxmayaraq Ermənistan üzərinə götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirmir. Cənubi Qafqazın bu situasiyada olmağında günahkar Ermənsitandır.

Bu fikirləri 1news.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov söyləyib.

Politoloq qeyd edib ki, on bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı.

“Təəsüflər olsun ki, Ermənistana qarşı beynəlxalq birlik tərəfindən heç bir xəbərdarlıq edilmədi bu 10 gün ərzində. Təxribatlara görə Ermənistan rəhbərliyinə qlobal məkandan hansısa şağırışların şahidi olmadıq. Nəticədə, Ermənistan təxribatları daha da qüvvətləndi. Bir neçə halda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının Azərbaycan Respublikasının ərazisinə sızma cəhdləri müəyyən edilib və hərbi birləşmələrimizin sayıqlığı nəticəsində onların qarşısı alınıb. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycanın Dəmir Yumruğu yerindədir. Ermənistan və havadarlarının istənilən təxribatları hər an layiq olduğu cavabla qarşılaşır.

Bizi narahat edən məqamalrdan biri də odur ki, Ermənistanın yüksək çinli rəsmi şəxslərinin verdikləri açıqlamalara baxmayaraq, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövcudluğu və qanunsuz erməni hərbi birləşmələri ilə birgə fəaliyyəti davam edir. Bütün bu olanlar bölgədə stabilliyi təhdid edən əsas faktorlardır. Azərbaycan Respublikası tərəfindən Qarabağ və Şərqi Zəngəzurda Ermənistanın otuz illik işğalının nəticəsi olaraq, genişmiqyaslı və çətin humanitar mina təmizləmə fəaliyyəti aparıldığı halda, Ermənistan tərəfindən yenə də Azərbaycan ərazilərində qəsdən mina basdırılması əməlləri davam edir. Mina problem ilə bağlı isə nə bu dahə üzrə məsul institutlar, nə də dövlətlər hansısa addımlar atmırlar.

Azərbaycan sərhədinin yaxınlığında təhlükəsiz zona yaradılmalıdır. Əks təqdirdə Ermənistanın təxribatları davam edəcək. Azərbaycan ordusu istənilən təxribat hallarına qarşı qabaqlayıcı tədbirlərini davam etdirir. Ermənistan sülhə məcbur edilməlidir. Ermənistanda revanşizmin baş qaldırmasına imkan vermək olmaz. Revanşizm bütün regiona siyasi təhlükələr yaradır”.

1news.az

Paylaş:
319

Son xəbərlər

“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38
Bütün xəbərlər