Yasamalda yolların yenidən qurulmasına 1.7 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Yasamalda yolların yenidən qurulmasına 1.7 milyon manat ayrılıb

14:38 - 13 / 09 / 2022
Yasamalda yolların yenidən qurulmasına 1.7 milyon manat ayrılıb

Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

1news.az xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

1news.az

Paylaş:
298

Son xəbərlər

Bütün xəbərlər