Allahşükür Paşazadə Qazaxıstan prezidenti ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Allahşükür Paşazadə Qazaxıstan prezidenti ilə görüşüb

14:58 - 13 / 09 / 2022
Allahşükür Paşazadə Qazaxıstan prezidenti ilə görüşüb

Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak etmək üçün Qazaxıstan Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 13-də Qazaxıstan Respublikasının Prezidenti Kasım Jomart Tokayev tərəfindən qəbul edilib.

1news.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını və xoş arzularını Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevə yetirən Şeyxülislam Allahşükür Paşazadə qardaş dövlətlərimizin müdrik liderlərinin əsl qardaşlıq münasibətlərinin xalqlarımız və dövlətlərimiz üçün böyük perspektivlər açmasından fəxarət duyduğunu bildirdi. Qazaxıstan Prezidenti K.J.Tokayev, öz növbəsində, salam-dualarını yüksək məqamlarına çatdırmağı rica etdi, Azərbaycana səfərini olduqca yüksək qiymətləndirdiyini və Azərbaycan Prezidentinin və birinci xanımın qardaş Qazaxıstana tezliklə təşrif buyuracaqlarına əminliyini ifadə etdi.

Səmimi şəraitdə keçən qəbulda Qazaxıstan Prezidentinin bu yaxınlarda Azərbaycana rəsmi səfərinin olduqca böyük önəmindən danışıldı. Bildirildi ki, strateji tərəfdaşlıq əlaqələri xalqlarımız arasında mövcud mədəni-mənəvi əlaqələrin dərinləşməsinə böyük təkan verir. Azərbaycan və Qazaxıstan prezidentlərinin Füzulidə uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olmalarının bunun gözəl nümunəsi olduğu qeyd olundu. QMİ sədri A. Paşazadə Azərbaycan Prezidentinin Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif olunması Azərbaycan xalqı üçün böyük dəyər kəsb edir.

QMİ sədri Şeyxülislam A. Paşazadənin Qazaxıstana səfərini və Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirakını yüksək dəyərləndirən Qazaxıstan Prezidenti K.J. Tokayev Şeyxülislamın faəliyyətini uzun illər ərzində izlədiyini bildirdi, onun dünyada dinlərarası dialoq və əməkdaşlıq prosesində yerini və rolunu xüsusi qeyd etdi. QMİ sədri A. Paşazadənin Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müsəlman dini liderlərini bir araya gətirən təşkilatın ərsəyə gəlməsindəki rolunu olduqca önəmli sayan Qazaxıstan Prezidenti K. J. Tokayev bu quruma, onun işinə öz dəstəyini ifadə etdi. Şeyxülislam A. Paşazadə TDT Müsəlman Dini Liderlərinin İstanbul və Türküstan toplantılarının ardınca gələn ay Bakıda və Şuşada baş tutacaq görüşləri, imzalanacaq Birgə Bəyannamə barədə Qazaxıstanın dövlət başçısına ətraflı məlumat verdi. QMİ sədri bildirdi ki, TDT Müsəlman Dini Liderlərinin Şurasının təsis olunması türk dünyasının mənəvi birliyinin təşkilati bəyanıdır və Türk Dövlətləri Təşkilatının bütün qərarlarının, özəlliklə, mənəvi sahəyə dair qərar və tövsiyələrinin həyata keçməsində dini liderlərin fəal rol oynamasını, yaxından iştirakını təmin edəcəkdir. Şeyxülislam A. Paşazadə vurğuladı ki, ortaq mənəvi dəyərlərimizin potensialının müştərək mənafelərimizə xidmət etməsi məramı ilə qardaş ölkələrimizin müsəlman dini liderlərinin təşkilati müstəvidə sıx əməkdaşlıq etməsi bütün türk dünyasının ümumi maraqldarının yalnız nəfinə olacaqdır.

QMİ sədri Şeyxülislam A.Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderləri Şurasının qarşısında duran vəzifələr barədə, nəzərdə tutulan işlər, müəyyən edilmiş prioritetlər barədə, o cümlədən, birgə təhsil müəssisələrinin yaradılması, ortaq mənəvi dəyərlərin təbliği və təşviqi istiqamətində yüksək səviyyədə beynəlxalq tədbirlərin keçirilməsi planları ilə bağlı Qazaxıstan Prezidentini ətraflı məlumatlandırdı.

Şeyxülislam A.Paşazadə qazax dövlətçiliyinin görkəmli nümayəndəsi olaraq Kasım Jomart Tokayevi uzun illər ərzində tanıdığını, qardaş Qazaxıstanda müxtəlif dövlət vəzifələrində dəyərli fəaliyyətini hər zaman müşahidə etdiyini, Senat sədri olduğu dövrlərdən Dünya və ənənəvi dini liderlərin Qurultayının təşəbbüskarından olduğunu fəxrlə qeyd etdi. QMİ sədri A. Paşazadə Prezident K.J. Tokayev cənablarının rəhbərliyi ilə hazırda Qazaxıstanda gedən demokratik islahatların, köklü dəyişikliklərin qazax dövlətçiliyinin daha da möhkəmlənməsinə böyük töhfə olduğunu qeyd etdi. Şeyxülislam A. Paşazadə bu ilin yanvar hadisələrinin bütün iştirakçılarına amnistiya elan olunmasını ali mərhəmət aktı kimi Prezident K.J.Tokayevin müdrik dövlətçilik siyasətinin bariz nümunəsi olaraq dəyərləndirdi, bunun Qazaxıstan cəmiyyəti daxilində barış və həmrəyliyin daha da möhkəmlənməsinə, qazax xalqının yeni uğurlarına vəsilə olacağına əmin olduğunu bildirdi, öz xeyir-dualarını ifadə etdi.

Görüş zamanı Şeyxülislam A. Paşazadə son günlər Ermənistan-Azərbaycan sərhəddində baş verən ardıcıl təxribat hadisələrinə toxundu. Qazaxıstanın dövlət başçısı bu hadisələrdən narahat olduqlarını bildirib. Vurğulanıb ki, Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü bərpa olunandan sonra bölgədə sülh, anlaşma və iqtisadi inkişaf yönündə səyləri dəstəkləmək əvəzinə revanşizm, separatçılıq və təhlükəsizliyin təhdidi istiqamətində təxribat və silahlı toqquşmalar yolverilməzdir. Qazaxıstanın mövqeyinin Qafqazda sülhün tam bərqərarı istiqamətində olduğu ifadə edilib.

1news.az

Paylaş:
245

Son xəbərlər

“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38
Bütün xəbərlər