Bakı-Sumqayıt qatarlarının əvvəlki hərəkət cədvəli bərpa olunur - CƏDVƏL | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Sumqayıt qatarlarının əvvəlki hərəkət cədvəli bərpa olunur - CƏDVƏL

16:53 - 14 / 09 / 2022
Bakı-Sumqayıt qatarlarının əvvəlki hərəkət cədvəli bərpa olunur - CƏDVƏL

Sentyabrın 15-dən etibarən Bakı-Pirşağı-Sumqayıt-Bakı, eləcə də Bakı-Xırdalan-Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarının əvvəlki qrafiki bərpa olunur. Belə ki, hərəkət cədvəlində dəyişiklik edilmiş bəzi reyslər ənənəvi qrafik üzrə fəaliyyət göstərəcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən 1news.az-a verilən məlumata görə, Bakı-Xırdalan-Sumqayıt-Bakı sürət elektrik qatarlarına və Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına minmə-düşmə də əvvəlki qaydada Biləcəri stansiyasının həm meydan, həm də əks tərəfində aparılacaq.

Həmçinin Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarlarının hərəkət qrafiki də əvvəlki qaydada tənzimlənəcək.

Xatırladaq ki, 3-14 sentyabr tarixlərində Biləcəri – Keşlə sahəsində kontakt naqilinin dəyişdirilməsi ilə əlaqədar Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarlarının qrafiklərində müvəqqəti dəyişikliklər edilmişdi.

21 oktyabr 2021-ci ildən qüvvədə olan qatarların ənənəvi hərəkət cədvəli təqdim olunur.

1news.az

Paylaş:
447

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər