Prezident İlham Əliyev Şarl Mişellə telefonla danışıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Şarl Mişellə telefonla danışıb

14:26 - 17 / 09 / 2022
Prezident İlham Əliyev Şarl Mişellə telefonla danışıb

Sentyabrın 17-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

1news.az xəbər verir ki, telefon söhbəti zamanı regionda davamlı sülhün təmin olunması, gərginliyin aradan qaldırılması, əldə olunmuş atəşkəs razılaşmasının təmin edilməsi və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı fikir mübadiləsi aparıldı.

1news.az

Paylaş:
460

Son xəbərlər

Bütün xəbərlər