Laçın şəhəri 2 nömrəli tam orta məktəbin binası əsaslı təmir olunacaq | 1news.az | Xəbərlər
Rəsmi

Laçın şəhəri 2 nömrəli tam orta məktəbin binası əsaslı təmir olunacaq

12:46 - 22 / 09 / 2022
Laçın şəhəri 2 nömrəli tam orta məktəbin binası əsaslı təmir olunacaq

Prezident İlham Əliyev Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

1news.az xəbər verir ki, Sərəncamla Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ilkin olaraq 800 min manat ayrılıb.

1news.az

Paylaş:
325

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər