İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

Qafar Ağayev13:00 - 23 / 09 / 2022
İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda məktub göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən məlumatına görə, məktubda deyilir:

Əlahəzrət,

Əziz Qardaşım,

Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Səudiyyə Ərəbistanını xalqlarımızın ortaq mənəvi dəyərlərindən qaynaqlanan dostluq və qardaşlıq münasibətləri birləşdirir. Daim genişlənən siyasi dialoqumuz, dövlətlərarası əlaqələrimizin yüksək səviyyəsi əməkdaşlığımızın hərtərəfli inkişafına böyük töhfə verir. Hazırda bu xoş ənənələr üzərində qurulan, qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın müvəffəqiyyətlə inkişaf etməsi məmnunluq doğurur.

Qardaş ölkənizin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyini və ədalətli mövqeyini xalqımız heç zaman unutmur.

Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi iqtisadi sahədə, xüsusilə də energetika sahəsində əməkdaşlıq imkanlarımızı daha da artırmışdır. Eyni zamanda, Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən olan “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının tikintisi bərpaolunan enerji sahəsində səmərəli əməkdaşlığımızın bariz nümunəsidir.

Əminəm ki, qardaş xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-Səudiyyə Ərəbistanı dostluq münasibətləri, güclü İslam həmrəyliyinə əsaslanan ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da birgə səylərimizlə genişlənəcək və möhkəmlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Paylaş:
244

Son xəbərlər

Bakı 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək!

Bu gün, 00:05
Ceyhun Bayramovla NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi arasında görüş keçirilib30 / 11 / 2023, 17:56Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının konfransı işə başlayıb30 / 11 / 2023, 17:47İlham Əliyevin Dubayda BƏƏ Prezidenti ilə görüşü keçirilib30 / 11 / 2023, 17:45“Müəllimə qızıl vermək ayıbdır”30 / 11 / 2023, 17:39“8-ci km Ticarət Mərkəzi” ləğv edilir30 / 11 / 2023, 17:37Qarabağda yerli universitetlərin filiallarının açılması ilə bağlı müəyyən planlar var30 / 11 / 2023, 17:23Gələn il sertifikasiya imtahanı verəcək müəllimlərin sayı açıqlandı30 / 11 / 2023, 17:08Emin Əmrullayev: “Qızılcanın yayılması ilə bağlı prosesi izləyirik”30 / 11 / 2023, 17:05Ceyhun Bayramov Bosniya və Herseqovinanın xarici işlər naziri ilə görüşüb30 / 11 / 2023, 16:59Dekabrda hava necə olacaq? - Aylıq proqnoz açıqlandı30 / 11 / 2023, 16:53“Müəllimlər günahkar olmasa da bullinqə məruz qalırlar”30 / 11 / 2023, 16:50Nazir: “Məktəblərdə baş verən hadisələr direktorlar tərəfindən təhlil olunmalıdır”30 / 11 / 2023, 16:44Xankəndidə olacaq Qarabağ Universitetinə qəbul bu tarixdən başlanacaq – Nazir açıqladı30 / 11 / 2023, 16:34Fuad Muradov beynəlxalq konfransın iştirakçıları ilə görüşüb30 / 11 / 2023, 16:16Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb30 / 11 / 2023, 16:07TƏBİB-dən qızılca ilə bağlı əhaliyə ÇAĞIRIŞ30 / 11 / 2023, 15:54Parlamentin komitə sədrlərinə yeni avtomobillər verilib - FOTO30 / 11 / 2023, 15:50Kənd təsərrüfatına görə verilən kreditlərə dövlət zəmanəti veriləcək - FƏRMAN30 / 11 / 2023, 15:45Bakıda tələbləri pozan 5 dönərxanın fəaliyyəti məhdudlaşdırılıb - SİYAHI30 / 11 / 2023, 15:22
Bütün xəbərlər

Next TV