Elektron “Baytarlıq xidmətləri monitorinqi” altsistemi yaradılır - FƏRMAN | 1news.az | Xəbərlər
Rəsmi

Elektron “Baytarlıq xidmətləri monitorinqi” altsistemi yaradılır - FƏRMAN

15:11 - 29 / 09 / 2022
Elektron “Baytarlıq xidmətləri monitorinqi” altsistemi yaradılır - FƏRMAN

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib.

1news.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Əsasnaməyə edilən dəyişikliyə əsasən, “Elektron kənd təsərrüfatı” informasiya sistemində “Baytarlıq xidmətləri monitorinqi” altsistemi yaradılır.

“Baytarlıq xidmətləri monitorinqi” altsistemi vasitəsilə xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslərin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin (baytarlıq subyektləri) qeydiyyatı və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinin elektron qaydada izlənilməsi, habelə onların fəaliyyətinin əlaqələndirilməsi təmin ediləcək.

Digər dəyişikliyə görə, “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil olan “heyvandarlıq və süni mayalanma” altsistemi vasitəsilə heyvandarlıq təsərrüfatları üzrə fəaliyyət göstərən baytarlıq mütəxəssislərinin fəaliyyətinin əlaqələndirilməsi də təmin ediləcək.

İndiyə qədər baytar həkimi “Elektron kənd təsərrüfatı” informasiya sistemində qeydiyyatdan keçmək, elektron kabinetdən istifadə etmək və doğulmuş heyvanın sağlamlığı haqqında sənədləri (məlumatları) daxil etmək imkanına malik idi. Dəyişikliyə əsasən, “baytar həkimi” anlayışı “heyvandarlıq təsərrüfatlarında fəaliyyət göstərən, habelə xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərini həyata keçirən müvafiq baytarlıq mütəxəssisləri” anlayışı ilə əvəz edilir, eyni zamanda “Elektron kənd təsərrüfatı” informasiya sistemində onlar üçün imkanlar genişləndirilir. Heyvandarlıq təsərrüfatlarında fəaliyyət göstərən, habelə xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərini həyata keçirən müvafiq baytarlıq mütəxəssisləri sistemdə aşağıdakı imkanlara malik olacaqlar:

- qeydiyyatdan keçmək;
- elektron kabinetdən istifadə etmək;
- doğulmuş heyvanın sağlamlığı haqqında sənədləri (məlumatları) daxil etmək;
- heyvandarlıq təsərrüfatları üzrə baytarlıq xidmətlərinin göstərilməsi və nəticəsi barədə məlumatları daxil etmək;
- əməyin təhlükəsizliyi tədbirləri ilə tanış olmaq və təsdiqləmək;
- baytarlıq xidmətləri göstərilən heyvanlar barədə məlumatları daxil etmək;
- baytarlıq xidmətləri üzrə monitorinqin nəticəsi ilə tanış olmaq və qeydlərini daxil etmək;
- müraciətləri izləmək və müraciət əsasında yerinə yetirdiyi baytarlıq xidmətləri barədə məlumatları daxil etmək

Digər dəyişikliklə “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil edilən məlumatların sırasına xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərinin göstərilməsi ilə bağlı bağlanılmış müqavilələrin icrası və heyvanların qırxım məntəqələri və qaramalın çimizdirilmə qurğularında həyata keçirilən xidmətlər barədə məlumatlar da daxil edilib.

Heyvanların qırxım məntəqələrinə isə “Elektron kənd təsərrüfatı” informasiya sistemində qeydiyyatdan keçmək. elektron kabinetdən istifadə etmək, müraciətləri izləmək və müraciət əsasında yerinə yetirdiyi xidmətlər üzrə məlumatları daxil etmək imkanları yaradılır.

1news.az

Paylaş:
405

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər