MDB-nin yüksək rütbəli hərbi nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

MDB-nin yüksək rütbəli hərbi nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib - FOTO

11:12 - 12 / 10 / 2022
MDB-nin yüksək rütbəli hərbi nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak etmək üçün Bakıya gəlmiş yüksək rütbəli hərbi nümayəndə heyətləri oktyabrın 12-də Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələri ehtiramla yad edilib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Paylaş:
312

Son xəbərlər

Bütün xəbərlər