Azərbaycanın BƏƏ-dəki səfiri dəyişib - SƏRƏNCAM
Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
1news.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli yeni səfiri olaraq Elçin Tələt oğlu Bağırov təyin edilib.
1news.az
376