Azərbaycanın Niderlanddakı səfiri geri çağırılıb - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanın Niderlanddakı səfiri geri çağırılıb - SƏRƏNCAM

15:26 - 17 / 10 / 2022
Azərbaycanın Niderlanddakı səfiri geri çağırılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev R.S.Mustafayevin Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

1news.az xəbər verir ki, Sərəncama əsasən, Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Dövlət başçısının digər Sərəncamı ilə Rəhman Mustafayev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

1news.az

Paylaş:
1096

Son xəbərlər

Bütün xəbərlər