İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsində dəyişiklik edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən xəbərinə görə, Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilir:
- 2.2.6-cı yarımbəndə “istiqrazlar” sözündən əvvəl “fəaliyyətinin təmin edilməsi məqsədilə” sözləri əlavə edilsin;
- 6.2-ci bənddə “798 000 000 (yeddi yüz doxsan səkkiz milyon)” sözləri “893 000 000 (səkkiz yüz doxsan üç milyon)” sözləri ilə əvəz edilsin;
- 6.5-ci bənd ləğv edilsin.
- Bu Fərmanın 1.2-ci bəndinin icrası “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanının 1.11.6.6.1-ci yarımbəndi ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2022-ci ilin dövlət büdcəsindən Fonda ayrılan 95,0 (doxsan beş) milyon manat hesabına təmin edilsin.
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
- Fond bu Fərmandan irəli gələn məsələləri həll etsin.