Rusiyada təyyarənin yaşayış binasının həyətinə düşməsi nəticəsində ölənlərin sayı artıb | 1news.az | Xəbərlər
Dünya

Rusiyada təyyarənin yaşayış binasının həyətinə düşməsi nəticəsində ölənlərin sayı artıb

Qafar Ağayev09:27 - 18 / 10 / 2022
Rusiyada təyyarənin yaşayış binasının həyətinə düşməsi nəticəsində ölənlərin sayı artıb

Rusiyanın Yeysk şəhərində təyyarənin yaşayış binasının həyətinə düşməsi nəticəsində ölənlərin sayı artıb.

1news.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, xilasedicilər dağıntıların təmizlənməsi işləsini başa çatdırıblar. Axtarış-xilasetmə əməliyyatları zamanı daha 10 nəfərin meyiti tapılıb. Beləliklə, həlak olanların ümumi sayı 3-ü uşaq olmaqla 13 nəfərə çatıb. Hadisə nəticəsində 19 nəfər xəsarət alıb

Xatırladaq ki, bazar ertəsi Yeysk şəhərində Su-34 hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarə yaşayış binasının həyətinə düşüb, nəticədə ətrafa dağılan yanacaq alışıb və alov yaxınlıqdakı yaşayış binasına keçib. Yanğın yaşayış binasının bütün doqquz mərtəbəsini əhatə edib, 100 nəfər təxliyə edilib.

Paylaş:
538

Son xəbərlər

Bütün xəbərlər