Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktayla görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktayla görüşüb

Qafar Ağayev15:49 - 04 / 11 / 2022
Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktayla görüşüb

Noyabrın 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında təkbətək görüş olub.

Bu barədə 1news.az-a Naizrlər Kabinetindən məlumat verilib.

Görüş zamanı iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olundu.

Bakı şəhərində keçiriləcək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının və birgə biznes forumun əhəmiyyəti vurğulandı.

F.Oktayın rəsmi səfərinin Azərbaycan-Türkiyə münasibətlərinin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.
Görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edildi.

Paylaş:
422

Son xəbərlər

Bütün xəbərlər