Ceyhun Bayramov: “Azərbaycan illərlə məsələnin siyasi yollarla həllinə sadiq olub” | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov: “Azərbaycan illərlə məsələnin siyasi yollarla həllinə sadiq olub”

10:52 - 05 / 11 / 2022
Ceyhun Bayramov: “Azərbaycan illərlə məsələnin siyasi yollarla həllinə sadiq olub”

“Azərbaycan 2 önəmli bayrama hazırlaşır - 8 noyabr Zəfər Günü və 9 noyabr Bayraq Günü”.
1news.az
xəbər verir ki, Xarici İşlər Nazirliyində 8 noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə Xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Artıq iki ildir ki, biz bu bayramları fərqli hislə, fərqli duyğu ilə qeyd edirik.
Zəfər günü Azərbaycan tarixinin önəmli səhifəsi olmaqla, Azərbaycan xalqının qürur günü oldu.Hələ 1980-ci sonları, 9-cı illərin əvvəllərində Ermənistan Azərbaycana qarşı təcavüz siyasəti həyata keçirmiş, Müstəqilliyimizin ilk illərindən Azərbaycan çətin günlər yaşamış, torpaqlarımız Ermənistan işğalına məruz qalmışdı. Nazir deyib ki, Ermənistan heç bir beynəlxalq qətnamələrə, beynəlxalq hüquqa məhəl qoymaraq işğal siyasətini davam etdirib.
“Azərbaycan illərlə məsələnin siyasi yollarla həllinə sadiq olub. Ancaq Ermənistanın təxribatları məsələnin siyasi-hərbi həllini labüd etmişdir. 27 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən törədilən növbəti təxribata cavab olaraq Azərbaycan əks-hücüm əməliyyatına başlayıb. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Məğlubiyyətə uğrayan Ermənistan rəhbərliyi kapitulyasiya aktına imza atıb. 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri, Rusiya Federasiyasının Prezidentinin iştirakı ilə üçtərəfli Bəyanat imzalandı. Bu bəyanatla tərəflərin üzərinə öhdəliklər qoyuldu. Azərbaycan öz üzərinə düşənləri həyata keçirsə də Ermənistan üzərinə düşən öhtəlikləri icra etməkdən boyun qaçırıb və davamlı təxribatlar törədib”.

1news.az

Paylaş:
560

Son xəbərlər

Bütün xəbərlər