Deputat: Ermənistan separatizmi dəstəkləyir | 1news.az | Xəbərlər
Müsahibə

Deputat: Ermənistan separatizmi dəstəkləyir

Aynurə Xudaverdiyeva14:20 - 16 / 12 / 2022
Deputat: Ermənistan separatizmi dəstəkləyir

"Azərbaycan əraziləri, tarixi torpaqlarımıza müvəqqəti olaraq Rusiya sülhməramlıları yerləşdirilib, lakin erməni silahlı birləşmələrinin və separatçı qüvvələrin qeyri-qanuni əməlləri hələ də davam etməkdədir".

Bu sözləri 1news.az-a açıqlamasında Millət vəkili Cavid Osmanov deyib.

Deputat ermənilərin Azərbaycan torpaqları ərazisində qanunsuz əməllər törətdiyini bildirib:

"İstər faydalı qazıntılarımızın vəhşicəsinə istismar edilməsi, istər Laçın yolu ilə tarixi Azərbaycan torpaqlarına silahların daşınması, istərsə də erməni hərbi birləşmələri Ermənistandan, İrandan casusların, terrorçuların bura göndərilməsi Ermənistanın Azərbaycan ərazisində qanunsuz əməllər törətdiyini sübutudur. Əlbəttə ki, bu onu göstərir ki, Ermənistan boynuna götürdüyü 10 noyabr 2020-ci il tarixli bəyanatın maddələrini icra etməkdən boyun qaçırır, seperatçıları dəstəkləyir, bu ərazilərə qanunsuz silah-sursat gətirir və İrandan casusların gəlməsinə yardımçı olur. Ermənistan separatizmi dəstəkləyir. Çox təəssüf ki, bütün bu hadisələr Rusiya sülhməramlı kontingentinin gözü qarşısında baş verir və onlar bunun qarşısının alınması üçün hər hansısa bir addım atmırlar".

C.Osmanov qeyd edib ki, sözügedən vəziyyət azərbaycanlılarda ciddi narahatlığa səbəb olur:

"Bu da normal olaraq Azərbaycan xalqında narahatlığa səbəb yaradır. Düşünürəm ki, işğaldan azad olunan ərazilərdə Azərbaycan əsgərləri, xüsusilə də DSX-nin əsgərləri və nümayəndə heyəti də olmalıdır. Bununla da sözügedən ərazilərə qanunsuz silah-sursatının daşınmasının, casus və terrorçuların ölkə ərazimizə keçməsinin qarşısı alınacaq. Görünən odur ki, sözügedən cəsus və terrorçuların, habelə qanunsuz silah-sursatın ölkə ərazisinə keçməsinə rus sülhməramlıları münbit şərait yaradıb".

Paylaş:
1931

Son xəbərlər

Bütün xəbərlər