Türkiyədə məmur və təqaüdçülərin maaşları qaldırıldı | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə məmur və təqaüdçülərin maaşları qaldırıldı

Qafar Ağayev15:15 - 04 / 01 / 2023
Türkiyədə məmur və təqaüdçülərin maaşları qaldırıldı

Türkiyədə məmur və təqaüdçülərin 2023-cü ilin iyul ayına qədər alacaqları maaş artırılıb.

1news.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Belə ki, dəyişikliyə əsasən, ən aşağı məmur maaşı 9105 (825.59 manat ) türk lirəsindən, 2721(246.7 manat) lirə artımla 11836,5(1,073 manat) türk lirəsinə qaldırıldı.

Ən aşağı məmur təqaüdçüsünün aldığı təqaüd isə 1.823,4 (165.29 manat) lirə artımla, 6078 (551 manat) lirədən 7901,4 (716 manat) lirəyə qaldırıldı.

Paylaş:
852

Son xəbərlər

Bütün xəbərlər